Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2025 13:18
Şuşa Dövlət Musiqili Dram Tearının direktoru Yadigar Muradov süni nəfəs aparatına qoşulub.
Sonxeber.net xəbər verir ki, bu barədə teatrın direktor müavini Azad Məmmədov məlumat verib.
O, Yadigar Muradovun səhhətinin stabil olduğunu bildirib: "Reanimasiyadadır, az-az hərəkət edir. Həkimlər çalışır. Əminik ki, aparılan müalicə effekt verəcək. Əsas odur ki, Yadigar müəllimin səhhəti qaydasına düşsün".
Qeyd edək ki, Yadigar Muradov bir neçə ildir xərçəng xəstəliyindən əziyyət çəkir. İki dəfə əməliyyat keçirən Yadigar Muradovun səhhəti qəfildən pisləşib. Həkimlər müayinə zamanı onun qanına infeksiya keçdiyini müəyyən edib.
Hazırda aktyor Mərkəzi Klinik Xəstəxananın reanimasiya şəbəsində müalicə alır./qaynarinfo