Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2025 10:14
Xəbər verdiyimiz kimi, Astarada 17 yaşlı gəlin toyundan bir gün sonra vəfat edib.
Sonxeber.net xəbər verir ki, Əfsanənin toy mərasimindən görüntülər yaxınları tərəfindən sosial şəbəkədə paylaşılıb.
Məlumata əsasən, 7 aylıq hamilə olan gənc gəlin toy səhəri özünü pis hiss edib. O, səhər saat 06:00 radələrində xəstəxanaya aparılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını itirib.
Xəstəxanada aparılan müayinələr zamanı məlum olub ki, 7 aylıq döl artıq bətnində ölüb. Təəssüf ki, həkimlərin səylərinə baxmayaraq, Əfsanənin özünü də xilas etmək mümkün olmayıb. O, saat 15:00 radələrində dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Həmin videonu təqdim edirik: