Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Xalq artisti” adı əlindən alına bilər

“Xalq artisti” adı əlindən alına bilər

Tarix: 30 Oktyabr 2025 11:15

Başqırdıstanda İqor Kridin "Xalq artisti" adının alınması tələbi ilə petisiya başladılıb.

Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, sakinlər məşhur müğənni İqor Kridin respublikanın "Xalq artisti" fəxri adından məhrum edilməsi üçün petisiya başladıb.

Təşəbbüs müəllifləri ifaçının bu ada layiq olmadığını bildiriblər. Onların fikrincə, Kridin mahnılarında tez-tez qeyri-senzural ifadələrə və nalayiq sözlərə yer verilir.

Məlumata görə, petisiya artıq minə yaxın imza toplayıb və imzalanma prosesi davam edir.

Musa


Etiketlər:  Xalq artisti adı əlindən alına bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ