Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keçmiş arvadının ''Bentley''sini satıb işlənmiş ''Mercedes'' aldı

Keçmiş arvadının ''Bentley''sini satıb işlənmiş ''Mercedes'' aldı

Tarix: 30 Oktyabr 2025 14:34

Rusiya millisinin və "Arsenal" klubunun sabiq hücumçusu Andrey Arşavin haqqında maraqlı iddia irəli sürülüb.

Sonxeber.net-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, futbolçunun keçmiş arvadı Alisa onu fırıldaqçılıqda günahlandırıb. Onun sözlərinə görə, Arşavin ona avtomobil alarkən dələduzluq edib.

Alisa iddia edib ki, Arşavin onun "Bentley" markalı maşınını sataraq, əvəzində işlənmiş "Mercedes-Benz" alıb və qalan pulu mənimsəyib.
"Avtomobilin sənədlərinə baxmaq ağlıma gəlmədi. Sonradan öyrəndim ki, aldığı maşın yeni deyil, 6 ay istifadə olunub", - deyə o bildirib.

Qeyd edək ki, Andrey Arşavin bir müddət əvvəl ilk həyat yoldaşı, teleaparıcı Yuliya Baranovskayaya ödədiyi alimentin azaldılması üçün məhkəməyə müraciət etmişdi. Cütlüyün böyük oğlu Arseni isə bu yaxınlarda "Spartak Moskva"nın yeniyetmələr komandası ilə paytaxt çempionatının qalibi olub.

Hüseyn


Etiketlər:  Keçmiş arvadının Bentleysini satıb işlənmiş Mercedes aldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ