Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''''Xalxın'' oğlu ilə nə gəzirsən?''

''''Xalxın'' oğlu ilə nə gəzirsən?''

Tarix: 30 Oktyabr 2025 17:05

Türkiyəli müğənni Seda Sayan oğlu Oğulcan Engin və onun sevgilisi, aktrisa İlayda Alişanla bağlı sualları cavablandırıb.

Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, evlilik qərarının yalnız gənclərin özündən asılı olduğunu bildirib.

"Kadırgalı" ləqəbli Seda Sayan bunları deyib:

"İlaydanı mənə oxşadırlar. Oğulcana deyirəm, o isə cavab verir ki, 'yox'. Amma mən də bənzədirəm. Gəncliyimə oxşayır, çox gözəl qızdır. Çox bəyənirəm. Evlənmək onların ala biləcəyi qərardır, bu barədə yalnız onlardan soruşmaq lazımdır. Əgər mən İlaydanın yerində olsaydım, çoxdan ailə qurmuşdum. Nə gəzirsən, xalqın oğlu ilə" - deyə, sənətçi sözlərinə gülərək əlavə edib.

Qeyd edək ki, Seda Sayan özü 7 dəfə nikah masasına oturub.

Musa


Etiketlər:  Xalxın oğlu ilə gəzirsən


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ