Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

UEFA ''Real Madrid''ə uduzdu

UEFA ''Real Madrid''ə uduzdu

Tarix: 30 Oktyabr 2025 10:22

Madrid Əyalət Məhkəməsi UEFA-nın Superliqaya qarşı verdiyi apellyasiya şikayətini qəbul etməyib.

Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Superliqanın əsas təşəbbüskarlarından biri olan "Real Madrid" klubunun Mətbuat Xidməti məlumat yayıb.

Məhkəmənin qərarında UEFA-nın Superliqaya münasibətdə Avropa İttifaqının sərbəst rəqabət prinsiplərini ciddi şəkildə pozduğu qeyd olunub.

"Bu qərar "Real Madrid" klubuna dəymiş ziyana görə kompensasiya tələb etmək imkanı yaradır", - klubun açıqlamasında bildirilib.

Qeyd edək ki, 19 aprel 2021-ci ildə Avropanın bir neçə aparıcı klubu Superliqanın yaradıldığını elan etmişdi. Daha sonra əksər klublar layihədən geri çəkilsə də, "Real Madrid" hələ də turnirin əsas tərəfdarlarından biri olaraq qalır.

Hüseyn


Etiketlər:  UEFA Real Madridə uduzdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ