Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cabir İmanovun heç yerdə olmayan VİDEOsunu paylaşdı

Cabir İmanovun heç yerdə olmayan VİDEOsunu paylaşdı

Tarix: 30 Oktyabr 2025 13:25

Heydər Əliyev Sarayının direktoru və aktyor İlham Qasımov paylaşımı ilə diqqət çəkib.

Sonxeber.net xəbər verir ki, o, mərhum Əməkdar artist Cabir İmanovun heç bir yerdə yayımlanmayan görüntüsünü yayıb.

Sözügedən videoda aktyorun səsləndirdiyi şeir diqqət çəkib:

"Həyatdasan! Videonu çəkdim, göndərdim telefonuna. Özü montaj etdi, musiqi qoydu və üstündən bu şeiri oxudu. Göndərdi mənə ki, bax necədir? Bölüşmək istəyirəm. Dedim əladır, amma bir az səs tonun aşağıdır, onu qaldırmaq lazımdır. Razılaşdı. Sonradan baş qarışdı, unuduldu və video paylaşılmadı. İstəyini yerinə yetirirəm, əziz dost. Ruhun şad olsun!" deyə, İ.Qasımov paylaşımında yazıb.

Xatırladaq ki, Cabir İmanov bir müddət öncəl idman zalında infarkt keçirərək dünyasını dəyişib.

Musa


Etiketlər:  Cabir İmanovun heç yerdə olmayan VİDEOsunu paylaşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ