Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qlobal bəladan xilas yolu - Azərbaycan Qarabağdan başlayır

Qlobal bəladan xilas yolu - Azərbaycan Qarabağdan başlayır

Tarix: 25 Iyun 2021 17:06

Bərpa olunan enerji mənbələrindən istifadə bu gün ümumiyyətlə qlobal miqyasda energetika sektorunda əsas strateji istiqamətlərdən biri kimi müəyyən edilib. Əsasən artan iqlim dəyişikliyi, qlobal istiləşmə, o cümlədən bu sahədə ölkələrin müəyyən etdiyi iqlim hədəfləri, texnologiyaların qiymətinin aşağı düşməsi, ənənəvi karbohidrogenlərin əldə edilməsində yaranan çətinliklər fonunda bu sahəyə xüsusi diqqət ayrılır, yaşıl enerji maraq durmadan artır. 

Texnologiya təkmilləşir

Yəni, ənənəvi karbohidrogenlər əsasında işləyən stansiyaların sayında azalma tendensiyası nəzərə çarpır. 2010-2019-cu illəri müqayisə etsək görərik ki, Günəş enerjisi üzrə texnologiyanın inkişafı nəticəsində təqribi maya dəyərində 80%-dən yuxarı azalma müşahidə olunub. Müqayisə üçün demək olar ki, 1 mln ABŞ dolları investisiya qarşılığında 2010-cu ildə təqribən 210 KV günəş enerjisi stansiyası tikilməsi mümkün idisə, bu, 2019-2020-ci illərdə 1 MQV-dan artıq günəş tarlaları stansiyasının tikilməsinə imkan verir. Anoloji olaraq külək enerjisi stansiyasnın tikintisi üzrə isə eyni məbləğdə - 1 mln ABŞ dolları qarşılığında 2010-cu ildə təqribən 500 KV bir nsatnsiya tikmək mümkün idisə, 2019-cu ildə bu, təqribən 700 KV-dan artıq qoyuluş gücünə sahib stansiyanın tikintisinə imkan verir. Fərq açıq-aşkar göz önündıdir. Rəqəmlər də göstərir ki, neft, qaz, kömür dövrü bitməyə doğru gedir. 

Hazırki tendensiya onu göstərir ki, 2025-ci ldə yeni qoyuluş güclərinin təqribən 95%-i artıq bərpa olunan enerji mənbələrindən gələcəkdir və artıq bərpa olunan enerji mənbələri enerji mənbəsi kimi kömürdən irəli keçərək birinci yeri tutacaqdır. Bu da əsasən qlobal səviyyədə karbon emissiyası çox olan ölkələrin müəyyən etdiyi iqlim hədəflərindən biridir. Məsələn Çinin hazırladığı proqrama əsasən 2060-cı ilə kimi karbon emissiyasını (karbohidrogen yanacaqlarından istifadəni-red) sıfıra endirməyi planlaşdırır. Avropa İttifaqının da 2050-ci ilə kimi belə bir hədəfi var.

2040, 2050, 2060-ci illərdə dünyanın bir çox ölkələri "karbon 0" emissiyası üzrə bir strategiya planlaşdırıb. Hətta artıq bu startegiyaya bəzi neft-qaz dövlətləri də maraq göstərirlər. Belə ki, koronavirus pandemiyasının təsir göstərdiyi sahələrdən biri kimi neft sektoru idi ki, bu da özünü qiymətin düşməsində göstərdi. Son vaxtlar isə dünya bazarında "qara qızıl"ın qiymətində artım var. Bəs qarşıdakı dövrdə nələr proqnozlaşdırılır?

COVİD pandemiyası ilə əlaqədar iqtisadi aktivliyin azalması dünyada olan artım tendensiyasının bitməsi və mənfiyə doğru irəliləməsinə gətirib çıxrıb. Heç sirr deyil ki, beynəlxalq bazarda enerjiyə olan tələbat dünya iqtisadiyyatının artım tempi ilə əlaqəlidir. Əsas enerji daşıyıcısı olan neft ölkəmizin də iqtisadiyyatının sütunudur deyə bilərik.

Enerji bazarına təsir edən əsas amil

Bərpa olunan enerjinin rentavilliyi artmaqdadır. Bu sahədə texnoloji inkişaf sürətlə davam edir. Bu, bir gün içində baş verəcək dəyişiklik olmasa da 20-30 ildən sonra neft, qaz və kömür artıq hazırki əhəmiyyətə malik  olmayacaq. Neft və qaz artıq tədricən yanacaq və enerji mənbələri kimi öz rolunu bərpa olunan enerjiyə təslim edirlər. Digər tərəfdən də digər karbohidrogen enerji növü olan kömür də artıq aktuallağını itirməkdədir. Əsas səbəblərdən biri də budur ki, bu enerji qaynaqları qlobal istiləşməyə əsas təsir göstərən amillərdən hesab edilir. Ona görə bütün dünya, xüsusilə İnişaf Etmiş Ölkələr və Asiya ölkələri tədricən ənənəvi mənbələrindən imtina etməyə başlayıblar. 

Azərbaycan da bu proqnozları nəzərə alır

Neft qiymətləri 100 dollar səviyyəsinə də çata bilər. Amma bu artım davamlı olmayacaq və məhz buna görə Azərbaycan bərpa olunan enerjinin inkişafını əsas hədəflərdən biri kimi müəyyən edib. Xüsusilə də biz bunu işğaldan azad edilən Qarabağ regionunda müşahidə edəcəyik. Həmin ərazilər yaşıl bölgəyə çevriləcək. "Ağıllı kənd" və "ağıllı şəhər" layihələri də bunun mühim nümunəsidir. Karbohidrogen yanacağından, karbohidrogen ehtiyyatlarından daha az asılı olmaq tendensiyası dünyada olduğu kimi Azərbaycanda da artıq gələcək planlarda əsas prearitet məsələ olaraq qarşıya qoyulub. Qarabağın azad edilmiş ərazilərində yaşıl enerji layihələrini tətbiq etməklə həm həmin ərazinin təbiətini qorumaq, həm qlobal istiləşmənin, həm də ağacların qırılmasını və ətrafa çirkli karbon qazının atılmasının qarşısını almaq mümkün olacaq.

Təhməz Əsədov


Etiketlər:  Qlobal bəladan xilas yolu Azərbaycan Qarabağdan başlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ