Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2021 08:18
Hindistanda güclü yağışlardan sonra Qanq çayının səviyyəsinin yüksəlməsi, ardından çəkilməsi nəticəsində sahildə basdırılmış yüzlərlə cəsəd ortaya çıxıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, cəsədlər ölkənin Uttar Pradeş vilayətinin şimalındakı Allahabad şəhərində aşkarlanıb.
Rəsmilər cəsədlər arasında ağzında hələ də oksigen balonu olan bir meyit aşkarlandığını açıqlayıb.
Dünyada koronavirus pandemiyasından ən çox zərər çəkən ölkələr arasında olan Hindistanda COVID-19-dan ölənlər yandırılır, bəzi bölgələrdə isə yandırmadan çayların sahillərində basdırırlar.