Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2021 11:20
Dünyaca məşhur aktrisa Ancelina Coli böyük qızına görə narahat olduğunu etiraf edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 16 yaşlı Zaxara əməliyyat keçirəndən sonra uzunmüddətli reabilitasiya keçməlidir.
46 yaşlı Hollivud ulduzu ilk dəfə ailəsində olan çətin vəziyyətlə bağlı danışıb. Sən demə, Coli qızının reabilitasiya prosesi zamanı heç də xoş olmayan vəziyyətlə qarşılaşıb. Aktrisanın sözlərinə görə, həkimlər əməliyyat zamanı allergiya baş verəndə dərinin rəngini nəzərə almırlar, axı Zaxara Efiopiyada doğulub..
Zaxaraya nə olduğu məlum deyil. Son zamanlar Colinin uşaqlarına tez-tez tibbi yardım lazım olur. Yazda onun qızı Şaylo ayağından əməliyyat olundu. Zədənin ciddiliyindən o əsa ilə hərəkət edirdi.
Qeyd edək ki, Coli Bred Bittlə uşaqlara qəyyumluq uğrunda mübarizə aparır. Aktrisa deyib ki, onun eks-həyat yoldaşına etibar etmək olmaz və ərini məişət zorakılığında günahlandırır.