Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2021 15:06
"Qalatasaray"ın futbolçusu Arda Turanın taleyinə aydınlıq gəlib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi sevimli komandasındakı çıxışını davam etdirəcək.
Fatih Terim baş məşqçi postunda qaldıqdan sonra Ardanın da qalmasını istəyib. Futbolçu ilə bununla bağlı danışıqlar müsbət nəticələnib. Türkiyə millisinin sabiq üzvü tezliklə "cim-bom"la 1+1 il formatında müqavilə imzalayacaq.
Qeyd edək ki, "Qalatasaray"ın yetirməsi olan Arda Turan ötən il yenidən "sarı-qırmızılılar"a qayıdıb.