Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2021 06:30
Bakının Nizami rayonunda küçələrdən biri ilə hərəkət edən sürücülər işiqforu görmədikləri üçün yolda həm tıxac, həm də təhlükə yaranır.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, sürücülər deyirlər ki, işıqforun işığı görünmədiyi üçün birbaşa yola çıxırlar. Bu hal həm sürücülərin, həm də yoldan keçən piyadaların həyatı təhlükə yaradır.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev "Xəzər Xəbər"ə bildirdi ki, belə ərazilər mütəmadi şəkildə aşkarlanır və bu barədə Bakı Şəhər Yaşıllaşdırma İdarəsinə məlumat verilir.
Bakı Şəhər Yaşıllaşdırma İdarəsinin baş mühəndisi Cavanşir Məmmədov isə bildirdi ki, bu ünvanla bağlı idarəyə heç bir müraciət daxil olmayıb.
Ortadakı təhlükənin hansı qurumun məsuliyyətsizliyi ucbatından yarandığı bilinməsə də, bir fakt ortadadır ki, həmin ağac işıqforun qarşısını kəsir və təhlükə hələ də qalır...
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: