Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ölkə ərazisində kəskin isti nə vaxt bitəcək?

Ölkə ərazisində kəskin isti nə vaxt bitəcək?

Tarix: 27 Iyun 2021 13:10

Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Xidmətdən Sonxeber.net-a verilən məlumata görə, iyunun 27-si saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti günəşli və isti keçib.

Şərq küləyi Tovuzda 22, Naxçıvanda 18, Biləsuvar, Şabranda 16 m/s-dək güclənib. İyunun 26-da havanın maksimal temperaturu Bakıda, Abşeron yarımadasında, aran rayonlarında, Naxçıvan MR-da 42, dağlıq rayonlarda 31 dərəcəyədək yüksəlib. Ölkə ərazisində müşahidə olunan günəşli və isti hava şəraiti iyunun 29-dək davam edəcək. Cənub-şərq küləyi əsəcək, iyunun 29-u gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

İyunun 30-da havanın temperaturu tədricən 4-5 dərəcə enərək 30-34 dərəcə isti olacaq.


Etiketlər:  Ölkə ərazisində kəskin isti vaxt bitəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ