Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2021 20:56
Azərbaycanlı kikboksçu, "Kobra Pərviz" ləqəbli Pərviz Abdullayev Türkiyənin İstanbul şəhərində təşkil olunan "Akın döyüş arenası" turnirində qazandığı kuboku "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimova bağışlayıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə M.Mənsimov özünün "Feysbuk" səhifəsində paylaşım edib. O, Pərvizlə birgə çəkdirdiyi şəkli paylaşaraq bu sözləri yazıb: "Əziz qardaşım dünən qazandığı kuboku mənə hədiyyə etməsi ilə məni qürurlandırdı. Həyatda qardaşıma həmişə uğurlar".
Qeyd edək ki, P.Abdullayev sözügedən turnirdə 77 kq çəki dərəcəsində Braziliya idmançısı Gilyerme Rodriqo Ferreyra ilə qarşılaşıb və qələbə qazanıb.