Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Orqanizmin bioloji detoksu nədir? - Bədəni toksinlərdən təmizlə

Orqanizmin bioloji detoksu nədir? - Bədəni toksinlərdən təmizlə

Tarix: 27 Iyun 2021 21:36

Mükəmməl çalışan immun sistemi bir çox xarici və daxili aqressorlara qarşı sipər olub, insanı ömrü boyu xəstəliklərdən qorumalıdır. Təəssüf ki, zamanla bu sistem müəyyən səbəblərdən öz funksiyasını yetərincə icra etmir. Bu müdafiəni "zəiflətməmək" üçün nə edə bilərik?

İmmun sisteminin qüvvəsini özünə çəkən, onun "fikrini" qlobal təhlükədən yayındıran mühüm amillərdən biri də orqanizmin daxili və xarici toksik maddələrlə çirklənməsidir.

Bu toksinlərin əsas mənbəyi:

1. Xroniki uzunsürən stress

. Psixoloji həmlə, panik durum, yanlış yuxu rejimi və ya yuxusuzluq nəticəsində stress hormonu adlanan kortizolun istehsalı artır. Stresə qarşı kortizol sintezi normal reaksiyadır. Lakin stress uzandıqda, xronikiləşdikdə bu hormon "ya döyüş, ya qaç" prinsipi ilə fiziki realizasiyasını tapmayaraq orqanizmə dağıdıcı təsir göstərir. Emosiyalara cavabdeh limbik sistem hüceyrələri iltihablaşıb zədələnir, qorxu, vahimə hissi dərinləşib immuniteti çökdürür.

2. Yanlış qidalanma və həyat tərzi

-paketlənmiş, ayaqüstü qidaların tərkibindəki kimyəvi maddələr

-diqqət edilməyən müntəzəm vərdişlər (çay-şirniyyat, kofe-kruasan, duzlu sneklər..)
-hətta ən faydalı qidanın uyğun zamanda yox, nə vaxt gəldi yeyilməsi (axşamlar insulini yüksəldən meyvə və ağartı saatları, şam yeməyində sıyıq...)
-yeməklərin çox bişirilib, qızardılması
-rasionda karbohidratlı qidaların çox olması -zərərli vərdişlər (siqaret, şərab, gecə oyaq qalıb gündüz yatmaq, gecə yemək...)

-həzmin pozulması nəticəsində (mədə turşuluğunun azalması, ferment çatışmazlığı, çox yemək, gec yemək, tez-tez yemək, pis çeynəmək -tikələri bütöv udmaq, əsəbi və yorğun halda yemək, acmadan yemək, qarışıq yemək...) əmələ gələn zərərli maddələr

-hüceyrəyə can verən saf su tələbatını başqa mayelərlə (çay, kofe, ayran, kompot, şirə..) ödəmək.

Bütün qüvvələri törədici ilə mübarizəyə səfərbər etmək üçün immun fəaliyyətə mane olan bu amilləri aradan qaldırmaq və orqanizmi toksinlərdən təmizləmək vacibdir. Ən qədim və təsirli təbii üsullardan biri fastinq, yəni su orucudur ki, həftədə bir dəfə tam gün ərzində icra olunduqda orqanizmin xeyli təmizlənməsinə və bərpasına təkan verir. Fastinqin müasir variantı olan 18/6 rejimi 24 saatın yalnız 6 saatı zamanı qida qəbulunu ehtiva edir (məsələn, 10:00 - 16:00 arası); qalan 18 saat ərzində orqanizm dincəlir və zədələnmiş sistemlərini, o cümlədən, immun sistemini regenerasiya edir.

Detoks prosesini sürətləndirmək, limfa drenajını və çıxarıcı orqanların fəaliyyətini yaxşılaşdırmaq üçün Lymphomyosot, Nux vomica HA - təbii tərkibli biotənzimləyici preparatlar (hərəsindən 15 damcı gündə 2 dəfə yeməkdən əvvəl) və Berberis HA (1 ampul həftədə 2 dəfə) uğurlu seçimdir.

Təbii tərkibli izopatik Mucedokehl preparatı (10 damcı x 2 dəfə) ilə limbik sistemə təsir edib, stress, gərginlik, panik ataklarda orqanizmi stresin dağıdıcı təsirindən qorumuş olarıq.

Bioloji detoksun köməyilə orqanizmi müntəzəm olaraq toksinlərdən təmizləmək və əsrin bəlası olan degenerativ xəstəliklərdən qorumaq olar.


Etiketlər:  Orqanizmin bioloji detoksu nədir Bədəni toksinlərdən təmizlə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ