Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gün vurma halları artıb, belə havalar beyini qurudur: Məşhur həkimdən XƏBƏRDARLIQ

Gün vurma halları artıb, belə havalar beyini qurudur: Məşhur həkimdən XƏBƏRDARLIQ

Tarix: 27 Iyun 2021 22:27

"Son günlərdə insanlar arasında gün vurma halları artıb. Ultrabənövşəyi şüaların intensivliyinin artdığı bu vaxtlarda şüalar nəinki papaqdan, hətta kəllə sümüyündən keçərək sinir toxumasını zədələyir".

Milli.Az medicina.az-a istinadən bildirir ki, bununla bağlı anestezioloq-reanimatoloq Şahin Məmmədov insanlara xəbərdarlıq edib:

"Son günlər mənə gələn zənglərə əsasən deyə bilərəm ki, gün vurma halları artıb. Ultrabənövşəyi şüaların intensivliyinin artdığı bu vaxtlarda şüalar nəinki papaqdan, hətta kəllə sümüyündən keçərək sinir toxumasını zədələyir. Yüngül halda sağ qalırsız amma çoxsaylı neyron ölür.

İnsanlar düşünür ki, 1 illik "D" vitaminini 1 gün içərisində qazanmaq olar. Gün altında "zaqar"ın müddəti əslində 15 dəqiqəni keçməməlidir. Maksimum 20 dəqiqə olmalıdır. Ona görə də plyaja gün batana yaxın getmək lazımdır. Səhər gedib axşama qədər orda qalırlar, girişə pul verdikləri üçün maksimum qalmağa çalışırlar.

Yüngül dəri yanığı bildiyiniz hal xərçəng riskini artırır. 20 dəqiqədən artıq "zaqar" sizi qocaldır. Dərinin yaşlanmasına səbəb olur. Xüsusən üzünüzü qoruyun".

Milli.Az


Etiketlər:  Gün vurma halları artıb belə havalar beyini qurudur Məşhur həkimdən XƏBƏRDARLIQ


RƏYLƏR