Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2021 15:55
ARB TV-nin "Hüseynova bacıları" verilişinin növbəti qonağı şairə Nazilə Səfərli olub.
Sonxeber.net xəbər verir ki, Nazilə Səfərli həyat yoldaşı haqqında kitab yazacağını deyib:
"Allah ömür versə mənim çox arzularım var. Gözəl bir kitab yazmaq istəyirəm və artıq adını da düşünmüşəm. Öz həyat yoldaşım haqqında kitab yazacam. Kitabın adı "Mənim ərim" olacaq. İndidən əminliklə deyirəm ki, bu kitab bütün dünyaya yayılacaq. O kitabdan sonra həm məni kəşf edəcəksiniz, həm də həyat yoldaşımı insan kimi çox sevəcəksiniz".