Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Naxçıvan Qarnizonu Hərbi Orkestrinin ifasında marşlar və hərbi mahnılar səsləndirilib - FOTO

Naxçıvan Qarnizonu Hərbi Orkestrinin ifasında marşlar və hərbi mahnılar səsləndirilib - FOTO

Tarix: 28 Iyun 2021 19:16

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Naxçıvan Qarnizonu Hərbi Orkestrinin və Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin "Şəlalə" instrumental ansamblının konserti olub.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, konsert proqramında əvvəlcə Naxçıvan Qarnizonu Hərbi Orkestri ifa etdiyi təntənəli marşın sədaları altında nizami addımlarla Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısına yürüş edib. Heydər Əliyev Muzeyinin önündə hərbi orkestrin ifasında marşlar və hərbi mahnılar səsləndirilib.

Bayram konserti Türkiyə-Naxçıvan Dostluq Parkında davam edib. Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin "Şəlalə" instrumental ansamblının ifasında xalq və bəstəkar mahnıları, rəngarəng musiqi nömrələri, eləcə də Naxçıvan Qarnizonu Hərbi Orkestrinin ifa etdiyi marşlar hərbi qulluçular və onların ailə üzvlərində əsl bayram əhval-ruhiyyəsi yaradıb. Bayram konserti gecə saatlarına qədər davam edib.

Milli.Az


Etiketlər:  Naxçıvan Qarnizonu Hərbi Orkestrinin ifasında marşlar hərbi mahnılar səsləndirilib FOTO


RƏYLƏR