Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Fənərbağça''dan ayrıldı, ''Kasımpaşa'' ilə müqavilə bağladı

''Fənərbağça''dan ayrıldı, ''Kasımpaşa'' ilə müqavilə bağladı

Tarix: 28 Iyun 2021 23:32

"Fənərbağça"nın qapıçısı Harun Tekin İstanbul təmsilçisindən ayrılıb. Sonxeber.net matc.az-a istinadən bildirir ki, 32 yaşlı qolkiper bundan sonrakı karyerasını "Kasımpaşa"da davam etdirəcək.

Bu barədə onun yeni klubu məlumat yayıb. Təcrübəli qolkiperlə 2 illik müqavilə imzalanıb. "Fənərbağça" ilə müqaviləsinin müddəti bu yay bitən futbolçu "Kasımpaşa"ya azad agent statusunda keçib.
 
Qeyd edək ki, Harun Tekin 2018/19 mövsümündə "Bursaspor"dan 3 milyon avro qarşılığında "Fənərbağça"ya keçmişdi. O, İstanbul təmsilçisinin heyətində cəmi 47 matça çıxıb. Bu görüşlərdə 51 qol buraxan qolkiper, cəmi 18 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.


Etiketlər:  Fənərbağçadan ayrıldı Kasımpaşa ilə müqavilə bağladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ