Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aralarındakı küskünlük bitib?

Aralarındakı küskünlük bitib?

Tarix: 29 Iyun 2021 11:00

Şoumen Mehmet Əli Ərbil iş adamı Ferruh Taşdemir ilə Maslakta görüntülənib. Keçmiş müxbir Ferruh Taşdemirin suallarını cavablandıran sənətçi son günlər Seda Sayanla yaşadığı xoşagəlməz hadisələrə aydınlıq gətirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Mali Seda ilə aralarındakı dostluğun uzun müddətdir davam etdiyini açıqlayıb.

"Aramızdakı problemləri Seda ilə həll etdik. Araya üçüncü şəxslər girdi. Mənim də zəifliyim oldu. Mən "Seda məni axtarmır" deyə bir dostuma gileyləndim. O da bir yazı yazmışdı, mən də onu oxumadan əvvəl səhifəmdə paylaşdım. Mənim İnstaqramdan anlayışım yoxdur" - deyə bildirib.

Qeyd edək ki, onlar arasında qalmaqal Ərbilin Tolga Yücenin "Keçmişi bir az daha təmiz olsaydı iftar proqramı da aparardı. Halal olsun, telekanallar reytinq verməyən bu qadını hələ də işlədir" sözlərindən sonra başlayıb. Şoumen daha sonra bu açıqlamanı verməsinin səbəbinin Sayanın 2 ildir onu itirib-axtarmaması olduğunu deyib.

Sayan isə onu evində çalışan qadına təcavüz etməkdə günahlandırıb.

Milli.Az


Etiketlər:  Aralarındakı küskünlük bitib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ