Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda iki uşağın dəhşətli həyat hekayəsi - Gecə səsə oyananda... - VİDEO

Azərbaycanda iki uşağın dəhşətli həyat hekayəsi - Gecə səsə oyananda... - VİDEO

Tarix: 29 Iyun 2021 11:40

İki uşağın taleyindən danışacağıq. Yaşlarından qat-qat böyük bir faciə yaşayıblar.  Ataları analarını öldürən azyaşlıların yeganə  ümid bibiləri olub . Burada da onların qəddarlıq gördüyü bildirilir.  Masallı rayonunda  valideynsiz qalan azyaşlı uşaqlara qarşı zorakılıq edilib. Həmin qardaş və bacını bibisinin ailəsinin döydüyü iddia edilir. Məsələnin təffərrüatlarını birlikdə izləyək.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, məsum gözlərində fərqli bir hüzün var bu uşaqların. Yaşlarından ağırdır çiyinlərində daşıdıqları yük. Onlar cinayətkar atanın qurbanı, ölmüş ananın övladlarıdırlar.

Hər şey gözlərinin önündə baş verib balaca mələklərin. Narkotik aludəçisi olan ataları analarını gözlərinin önündə bıçaqlayaraq öldürüb. 

Bununla da eyni gündə həm anasız, həm də atasız qalır bu bacı qardaş.. Aldıqları bu travma yetmirmiş kimi bir yandan da qəyyumluğa verildikləri bibisi və bibisi oğulları tərəfindən zorakılığın qurbanı olurlar. Hər gün  döyülmə, aşağlanma uşaqların həyatının bir parçasına çevrilir.

Uşaqlar deyirlər ki, ən çox da onlara əziyyət veriləndə analarının yoxluğu şillə kimi dəyir ürəklərinə.

Hər gün davam edən zülmlərin ardından balaca uşaqlar bu bəladan qurtulmaq üçün yol axtarıblar. Zülmlərə tab gətirmiyən azyaşlılar çarəni polisə müraciət etməkdə tapıblar. Balaca Fəzail evdən qaçaraq polis bölməsinə gedib və bibisi oğlundan şikayətçi olub. Bundan sonra isə uşaqlar Masallı Rayon İcra Hakimiyyəti və polis əməkdaşları tərəfindən Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib.

Sığınacağın rəhbəri Kəmalə Ağazadənin sözlərinə görə uşaqlarla reablitasiya işlərinə başlanılıb.

Qeyd edək ki, uşaqlara qarşı zorakılıq törədən bibi oğulları Fuad  Gülverdiyev 15 sutka həbs olunub. İndi uşaqların tək arzuları var. Belə ki, evlərini tərk edən zaman analarının rəsmini götürə bilməyiblər. Tezliklə həmin rəsmə qovuşub, onun arzuladığı kimi övlad olmaq.


Etiketlər:  Azərbaycanda uşağın dəhşətli həyat hekayəsi Gecə səsə oyananda VİDEO


RƏYLƏR