Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2021 21:14
Niderland millisinin baş məşqçisi Frank de Bur istefa verib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, onunla başa çatan müqavilə uzadılmayacaq.
De Bur Bununla bağlı federasiyanın rəsmi saytına açıqlamasında deyib: "Qərar verdim ki, bundan sonra milli komandada çalışmayım. Qarşımıza qoyduğumuz hədəfə çatmadıq. Avro-2020-də 1/4 finala çıxa bilmədik. Milli komandaya rəhbərlik etməyi mənə təklif edəndə bunun şərəfli olması ilə bərabər üzərimdə nə qədər təzyiq olacağını da bilirdim. İndi bu təzyiq çox artıb və mənim üçün normal görünmür. Azarkeşlərə, futbolçulara və rəhbərliyə təşəkkür edirəm".
Qeyd edək ki, Frank de Bur 2020-ci ilin sentyabrından yığmaya rəhbərlik edirdi. Onun komandası Avro-2020-nin 1/8 finalında Çexiyaya uduzaraq (0:2) turnirlə erkən vidalaşıb.