Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə yoluxma sayı artdı

Türkiyədə yoluxma sayı artdı

Tarix: 29 Iyun 2021 22:18

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 53 nəfər ölüb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 5 846 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 6 536 nəfər sağalıb, ağır xəstə sayı isə 730 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 5 420 156 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 5 287 094 nəfər sağalıb, 49 687 nəfər isə ölüb.


Etiketlər:  Türkiyədə yoluxma sayı artdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ