Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə böyük məsuliyyəti üzərinə götürməyə hazırdır - Abdullah Ağar Milli.Az-a danışdı

Türkiyə böyük məsuliyyəti üzərinə götürməyə hazırdır - Abdullah Ağar Milli.Az-a danışdı

Tarix: 30 Iyun 2021 12:02

"Türkiyənin Əfqanıstanda varlığı bir zəmanət idi. Əfqanlar da türk bayrağı ilə küçədə gəzirdilər, çünki türk bayrağı orada təhlükəsizliyi və yaxşılığı təmsil edirdi".

Bunu Sonxeber.net-a açıqlamasında türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.

O bildirib ki, Türkiyə ilə NATO arasındakı böyük gərginliyi azaltmaq üçün Kabil Hava Limanının nəzarətə götürülməsi vacib məsələdir:

"Türkiyənin orada heç bir münaqişəyə qoşulmaması, sabitlik üçün göstərdiyi fəaliyyət, insanların rifahının yaxşılaşdırılması üçün atdığı addımlar Türkiyənin Əfqanıstanda NATO daxilində çox fərqli bir dəstək qazanmasına səbəb oldu. 

ABŞ-ın orada apardığı uzunmüddətli hərbi əməliyyatlardan sonra ordusunu oradan çıxarması Amerikanın həmin bölgədə onların hərbi fəaliyyətlərini, siyasi fəaliyyətlərini bitirdiyi demək deyil. Bəlkə əsgərini görməyəcəyik, amma diplomatik fəaliyyətləri Amerika mənfəətinə xidmət edəcək şəkildə davam edəcək. Amma bir boşluq ortaya çıxacaq. Bəs bu boşluğu kim dolduracaq? ABŞ indi bunun fərqindədir. Orada diplomatik bir missiyası var, ABŞ-la yanaşı Əfqanıstanda bir çox NATO ölkəsinin diplomatik korpusları fəaliyyət göstərirlər. Sabit vəziyyətdə yaşamayan bir ölkədə 2012-ci ildə Liviyada olduğu kimi səfirlik nümayəndələrinin öldürülməsi baş verə bilər. İndi onların təhlükəsizliyinin təmin edilməsi üçün bir qüvvəyə ehtiyac yaranır. 

ABŞ-ın geosiyasi yanaşmasında bəzi dəyişiklər var. ABŞ ordusunu Əfqanıstandan çıxardır, amma Amerika buradan çıxmır. Burada yaranan bir boşluğun şahidi oluruq, Türkiyə də gesoiyasi çəkisi olan bir müsəlman ölkəsi olaraq Əfqanıstanda varlığını ortaya qoymaq istəyir. Sadəcə burada yox, Əfqanıstanın bir çox yerində Türkiyə nəzarəti ələ almaq haqda düşünür. Türkiyə ilə NATO arasında böyük bir gərginlik var. Bu gərginliyin azaldılması üçün də Kabil Hava Limanının Türkiyə vasitəsilə işlədilməsi məsələsi ön planda dayanan bir məsələdir. 

Əfqanıstandakı ümumi vəziyyət hamıya bəllidir, böyük bir qeyri-sabitlik hökm sürür. Hətta Taliban da 7-8 yerə bölünüb. Bununla yanaşı orada İŞİD var, Əl-Qaida var. Bu cür qarmarışıqlıq içində Türkiyə problemin həlli yolu ola bilər. Amma təbii ki, bu, prosesləri düzgün dəyərləndirməyə bağlı olan bir məsələdir". 

Təhməz Əsədov


Etiketlər:  Türkiyə böyük məsuliyyəti üzərinə götürməyə hazırdır Abdullah Ağar MilliAz danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ