Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2021 15:56
Bir sıra ölkələrdə vaksinasiya geniş vüsət alandan sonra ciddi yumşalma qərarları verilir. Xüsusilə azərbaycanlıların ən çox səfər etdiyi Türkiyə, Gürcüstan və Dubaya giriş qaydaları yumşaldılıb. Artıq peyvənd pasportu olan şəxslərdən giriş üçün pcr testi tələb edilməyəcək.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, bəzi ölkələr uzun aradan sonra giriş qaydalarında yumşaldılmalar edib. Artıq bir sıra ölkələrə PCR testi vermədən səyyahət etmək mümkündür. Xüsusilə azərbaycanlıların çox səfər etdiyi Türkiyə, Gürcüstan və Dubaya iki doza peyvənd vurduranlar pcr testsiz səfər edə bilərlər. Azərbaycan Hava Yolları da artıq rəsmi internet səifəsində bu ölkələrə giriş qaydaları ilə bağlı məlumatları yeniləyib.
12 yaşına çatmamış şəxslərdən isə bu ölkələrə gedərkən nə ''COVİD-19''-a qarşı peyvənd pasportu nə də, pcr testi tələb edilmir. Yaşı 12-dən yuxarı və peyvənd olunmayan şəxslər isə bu ölkələrə getmək üçün uçuşdan əvvəl pcr testi təqdim etməlidirlər.
Turizm üzrə ekspert Rəhman Quliyev bildirir ki, bəzi ölkələr isə hələ də COVİD-19-a qarşı peyvənd pasportu olan şəxslərdən pcr testi tələbini qüvvədə saxlayır.
Ekspertin fikirincə, yaxın günlərdə daha bir neçə ölkə iki doz peyvənd vurulmasını təsdiq edən pasportu olan şəxslərdən pcr test tələbini aradan qaldıracaq.