Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vaqner qələbədən danışdı

Vaqner qələbədən danışdı

Tarix: 8 Avqust 2019 13:32

“Biz yaxşı oyun və yaxşı nəticə əldə etdik. Fikrimcə, nəticə daha uğurlu ola bilərdi. Amma matçın sonlarında diqqətsizlik edib qol buraxdıq”.

Qol.az-ın xəbərinə görə, bu sözləri “Qarabağ”ın qapıçısı Vaqner da Silva Braziliyanın lance.com saytına açıqlamasında deyib.

Çempionlar Liqasının üçüncü təsnifat mərhəsində Kiprdə APOEL-i məğlub etdikləri oyunu (2:1) şərh edən futbolçu daha sonra bunları söyləyib: “Biz indi təkrar matça hazırlaşırıq. Qələbə üstünlüyümüzü unudub yaxşı oyun nümayiş etdirməyə çalışacağıq. Bizim məqsədimiz var və bunun üçün mübarizə aparacağıq”.

Xatırladaq ki, “Qarabağ”la APOEL arasında Bakıdakı təkrar görüş avqustun 13-də keçiriləcək.

 


Etiketlər:  Vaqner qələbədən danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ