Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kanadada havanın hərarəti 49,6 dərəcəyə qalxıb

Kanadada havanın hərarəti 49,6 dərəcəyə qalxıb

Tarix: 30 Iyun 2021 21:20

Kanadanın qərbində - Britaniya Kolumbiyası əyalətində ötən cümə günü görünməmiş isti olub. Litton şəhərciyində ardıcıl üçüncü gündür bütün ölkə üçün temperatur rekordları qeydə alınır. Çərşənbə axşamı günü burada havanın hərarəti 49,6 dərəcəyə yüksəlib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, indiyədək Kanadada heç vaxt 45 dərəcədən yuxarı isti qeydə alınmamışdı. Belə bir rekord 1937-ci ildə müəyyənləşmişdi.

Vankuver polisinin məlumatına görə, iyunun 25-dən şəhərdə və onun ətrafında 130 qəfil ölüm barədə xəbərlər alınıb. Polis hesab edir ki, isti bu ölümlərə gətirib çıxaran faktorlardan biridir. Britaniya Kolumbiyasının baş koroneri Layza Lapuant isə bildirib ki, cümə günündən bazar ertəsi günü günortayadək əyalətdə 233 nəfər ölüb. Halbuki regionda dörd gündə orta hesabla 130-a yaxın ölüm olurdu.

Əyalətdə yay nisbətən mülayim keçdiyində evlərin çoxunda kondisioner qoyulmayıb. Litton şəhərində dözülməz vəziyyət yaranıb, insanlar küçəyə çıxmağın mümkün olmadığını söyləyirlər.

Qeyd edək ki, Kanada dünyanın ən qarlı birinci, ən soyuq ikinci ölkəsidir.


Etiketlər:  Kanadada havanın hərarəti dərəcəyə qalxıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ