Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2019 23:28
Bakı. Trend:
Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda çoxnövçülük üzrə qrup hərəkətlərində komandaların mükafatlandırma mərasimi keçirilib.
Trend-in məlumatına görə, üç halqa və iki cüt gürzlə hərəkətlərdə ən yaxşı nəticəni Yaponiya komandası (49.250 bal) göstərib, ikinci yerdə Rusiya komandası (48.950 bal), üçüncü yerdə isə Bolqarıstan komandası (48.850 bal) qərarlaşıblar.
Qaliblərə medalları Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə, Azərbaycan Gimnastika Federasiyasının texniki direktoru Natalya Bulanova və bədii gimnastika üzrə Dünya Kubokunun yarışlarının katibi Nigar Mirzəyeva təqdim ediblər.
Bundan əlavə ən çox icra xalına görə Azərbaycan Gimnastika Federasiyasının xüsusi təsis etdiyi “AGF Trophy” mükafatıda təqdim edilib. Mükafat Bolqarıstan komandasına verilib. Mükafatı bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva təqdim edib.
Həmçinin hazırkı Dünya Kubokunun 4 mərhələsinin yekunları üzrə 3 mərhələdə göstərilən ən yaxşı nəticəyə görə FIG kuboku təqdim edilib. Kubok Rusiya komandasına təqdim edilib. Kuboku Beynəlxalq Gimnastika Federasiyasının Texniki komitəsinin rəhbəri Natalya Kuzmina təqdim edib.
Foto: Ceyhun Ələkbərov
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin