Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ”dan Mahir Emreli açıqlaması – “Bəli, rəsmi təkliflər var”

“Qarabağ”dan Mahir Emreli açıqlaması – “Bəli, rəsmi təkliflər var”

Tarix: 8 Avqust 2019 15:24

“Qarabağ” futbolçusu Mahir Emreli ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Klubun direktoru Emrah Çelikel Qol.az saytına açıqlamasında 21 yaşlı hücumçuyla bağlı xarici klublardan onlara rəsmi və qeyri-rəsmi təkliflər olduğunu təsdiqləyib.

“Bəli, Mahirə görə rəsmi və qeyri-rəsmi təkliflər var. Amma biz hazırda APOEL-lə Çempionlar Liqasında keçirəcəyimiz növbəti oyun haqda düşünürük. Gələn həftə keçirəcəyimiz həmin matçda sonra bu barədə lazımı geniş açıqlama veriləcək” - deyə E.Çelikel bildirib.

Azərbaycan, Türkiyə və İspaniya mətbuatında yayılan xəbərlərə əsasən, Türkiyənin Superliqa təmsilçiləri “Trabzonspor” və "Gənclərbirliyi", həmçinin İspaniya Sequndasında çıxış edən “Estremadura”, "Malaqa", "Almeriya"nın Mahirlə maraqlandığı iddia olunur.

 


Etiketlər:  Qarabağdan Mahir Emreli açıqlaması Bəli rəsmi təkliflər


RƏYLƏR