Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qaz və işığın qiymət dəyişikliyində ƏSAS MƏQSƏD

Qaz və işığın qiymət dəyişikliyində ƏSAS MƏQSƏD

Tarix: 2 Iyul 2021 00:16

Tarif (Qiymət) Şurasının ötən gün keçirilmiş növbəti iclasında "Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə" 28 noyabr 2016-cı il tarixli qərara dəyişiklik edilib. Dəyişikliyə əsasən, bundan sonra elektrik enerjisinin 1 kVt/saat-nın qiyməti saat 08:00-dan 22:00-a qədər 7,3 qəpik, saat 22:00-dan 08:00-a qədər isə 3,5 qəpik müəyyən edilib. Qəbul edilmiş tarif artımı modeli bir sıra sahələr üçün güzəştli tarif sisteminin saxlanılmasını nəzərdə tutur. Mütəxəssislər qaz təsərüffatının sürətli inkişafı, investisiyanın artırılması, qaz təchizatının yaxşılaşdırılması istiqamətində bu tariflə (qiymət) bağlı verilmiş qərarın müsbət təsir göstərəcəyini də düşünürlər.

Bəs qiymət dəyişikliyi vətəndaşın büdcəsinə necə təsir edəcək?

Dövlətin əsas məqsədlərindən biri dünyada istifadəsinə başlanılan yeni üsulların Azərbaycanda tətbiq olunması məsələsi durur. Bu nöqteyi nəzərdən baxsaq, - vergi sisteminə nəzər yetirsək SSRİ dövründən görərik ki, bir neçə dərəcələr mövcud idi. Təkcə ƏDV-ni götürsək, xaricdə bunun diferensasiyası çoxdur. Ayrı-ayrı ailələrdən asılı olaraq bu diferensasiya həyata keçirilib və bundan bir alət kimi iqtosadiyyatı stimullaşdırmaq üçün istifadə olunur. 

Tarif Şurasının qərarında bir neçə məqsəd var:

I. Bununla xərclərin azaldılması nəzərdə tutulur. Bizim büdcəmiz sosial yönümlü bir büdcəfir. Burada əlavə resuruslar tələb olunur. Təbii ki, kifayət qədər resuruslarımız var, amma digər tərəfdən bəzi müəssisələr var ki, orada xərclər artdıqca, büdcə yükü də artır. Bu cür qərarlarla onların büdcə yükünü azaldaraq bu xərclər digər həssas təbəqənin rifahının artırılması üçün yönəldilə bilər. 

II. Əsas məsələlərdən biri də burada institutların formalaşması məsələsidir. Bu gün "bazar iqtisadiyyatı" deyilən institutlar formalaşmalıdır. Bu gün istər monitar, istər fizikal, istərsə də tarif qərarları ilə dövlət stimullaşdıraraq yeni institutlar yaradır. Misal olaraq qeyd edə bilərik ki, kənd təsərüffatı və sənaye sahəsində hər hansı bir tarif artımı olmadı. 

Bir çox dövlətlərlə müqayisə etsək bizdə bu sahələrdə qiymət onlardan çox aşağı olduğun görə bilərik. Elə bunun təsdiqi kimi, Tarif Şurasının qərarı ilə eyni vaxtda Türkiyədə elektrik enerjisi istehsalındakı maya artımları səbəbindən 1 iyul 2021 tarixindən etibarən, yəni bugündən ölkə ərazisində 15% qiymət artımını qeyd etmək olar.

Bilirik ki, gələcəkdə bizim dayanıqlılığımızı təmin edəcək sahələrdən biri də məhz nəqliyyat sahəsidir. Azərbaycandan kifayət qədər nəqliyyat dəhlizləri keçir. 44 günlük müharibənin regionda yaratdığı yeni geosiyasi reallığı nəzərə alsaq üçtərəfli bəyanatda da açılması mütləq qeyd olunan Zəngəzur dəhlizini nəzərə alsaq, şərqlə qərb arasında yeni nəqliyyat infrastrukturunun inşası üçün dövlətimiz xeyli sərmayə yatıracaq. Təbii ki, bu, dövlətin payına düşən bir işdir. Amma bu sahənin stimullaşdırılması üçün digər vasitələrdən istifadə ediləcəyi gözləniləndir. Nəqliyyat sahəsinin stimullaşdırıllması, onun rəqabət qabiliyyətinin artırılması üçün bu sahədə fəaliyyət göstərən qazla təchiz olunmuş maşınların yanacaqdoldurma məntəqələrində satışını həyata keçirən məntəqələr üçün təbii qazın qiyməti də 20 qəpikdən 13 qəpiyə endirildi. 

Pandemiya dövründə dünya iqtisadi tənəzüüllə qarşılaşdı. Nəzərə alsaq ki, 2015-ci ildə minilliyin çağırışı olub. Bu çağırışda əsas məqsəd kimi 2030-cu ildə dünyada eko-iqtisadiyyatın daha da inkişaf etdirilməsi məsələsi yer alıb. Təbii resuruslar get-gedə tükəndiyi üçün bunun qarşısını almaq və dünyanı bu çətinlikdən xilas etmək üçün belə addımları atmaqla neftin qazla əvəz edilməsi hallarının aratacağını müşahidə edəcəyik. Bu da 2030-cu ildən sonra yeni "qaz erası"na gedən yolda biz dünyadakı digər qaz ixracatçısı olan ölkələrlə qiymətləri müqayisə etsək görərik ki, bizdə qiymətlər onlardan kifayət qədər aşağıdır. 

Məhəmməd Vaqif


Etiketlər:  işığın qiymət dəyişikliyində ƏSAS MƏQSƏD


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ