Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2021 03:40
Plastik əməliyyatla arıqlayan Əməkdar artist Nahidə Orucova arıqladıqdan sonra rollarını itirib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktrisa bu haqda "6/8 axşam şousu" proqramında danışıb. O, aparıcı Mətanət Əliverdiyevanın "Arıqladıqdan sonra film, seriallara dəvət alırdın" sualına belə cavab verib:
"İndi bir az kökəlmişəm, çox arıqlamışdım. Arıqladıqdan sonra filmlərə, seriallara dəvət almadım. Teatrda elə obrazlar oldu ki, imicimə görə onu itirdim. Amma mənə elə gəldi ki, yeni imiclə özümü tapdım".
Qeyd edək ki, N.Orucova səhhətində yaranan problemlərə görə arıqlamalı olub. O, mədəkiçiltmə əməliyyatı etdirərək 60 kiloqram çəki atmışdı.