Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2021 16:48
Xorvatiyanın Poreç şəhərində 12-21 yaşadək idmançıların Dünya Kuboku yarışı keçirilib.
Azərbaycan Milli Karate Federasiyasından Sonxeber.net-a verilən məlumata görə, turnirə qatılan milli komandanın 21 üzvündən Nuran Rzazadə (-67 kq) və İnci Əzizova (-50 kq) gümüş medal, Mədinə Sadıova (-55 kq) isə bürünc mükafat qazanıb.
21 yaşadək qızların kata yarışlarında mükafatsız qalan Emilya Mitilinovaya para-karate çıxışında qızl medal təqdim edilib.
Klubları təmsil edən idmançılardan isə 12 yaşlı uşaqlar arasında Vüsal Qənbərov birinci, Məhyəddin Cəfərli ikinci, Marat Semixov (üçü də -40 kq) üçüncü yeri tutub.
12-21 yaşadək idmançıların Dünya Kuboku yarışında 32 ölkədən 464 karateçi iştirak edib. 14-18 yaşlı yeniyetmə və gənclər seçmə komandalarının üzvləri 2-4 iyul tarixlərində Dünya Karate Federasiyasının seriya turnirlərindən Gənclər Liqasında çıxış edəcəklər.