Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2019 19:00
Bakı. İlhamə İsabalayeva - Trend:
Biləsuvar rayonunun Muğankənd kəndi ərazisində 3 nəfər Masallı rayon sakini qanunsuz ov etdiyi üçün saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 7-də Biləsuvar rayonunun Muğankənd kəndi ərazisində Masallı rayon sakinləri İ.Manafov, A.Abdullayev və V.Bayramov qanunsuz ov etdikləri üçün Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Onlardan müvafiq sənədləri olan 3 ədəd ov tüfəngi, habelə 218 ədəd patron, 2 ədəd patrondaş, 1 ədəd bıçaq və 12 ədəd ovlanmış quş götürülüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin