Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“CoronaVac” ilk sınaqlarda uşaqlara və yeniyetmələrə yaxşı təsir göstərib

“CoronaVac” ilk sınaqlarda uşaqlara və yeniyetmələrə yaxşı təsir göstərib

Tarix: 4 Iyul 2021 15:00

Çinin koronavirus peyvəndi "CoronaVac" uşaqlar və yeniyetmələr üzərində ilk sınaqlarda təsirli olub.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə çinli alimlərin tibbi "Lancet" jurnalında yayımlanan araşdırmasında bəhs edilir.

Qeyd edilir ki, 3-17 yaş arasındakı uşaqlar və yeniyetmələr "CoronaVac" peyvəndini yaxşı qəbul ediblər, o, təhlükəsiz olub.

Birinci və ikinci mərhələlərin birləşmiş sınaqlarında 550 nəfər iştirak edib.

Birinci qrupdan olan 186 uşaqdan 180-də koronavirusa qarşı anticism yaranıb, ikinci qrupda tədqiqatçılar bütün test iştirakçılarında immun-reaksiya qeyd ediblər.

Həkimlər sınaqlar zamanı ciddi mənfi reaksiyalar təyin etməyiblər, iştirakçıların 13 %-i iynə vurulan yerdə yerli ağrı olduğunu deyiblər.

İyun ayının əvvəlində Çin səlahiyyətliləri təcili məqsədlər üçün ölkənin "Sinovac" şirkəti tərəfindən hazırlanmış "CoronaVac" peyvəndi ilə üç yaşından etibarən uşaqların vaksinasiyasına icazə veriblər.


Etiketlər:  CoronaVac sınaqlarda uşaqlara yeniyetmələrə yaxşı təsir göstərib


RƏYLƏR