Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qədirzadənin komandası səfərdən xalsız döndü

Qədirzadənin komandası səfərdən xalsız döndü

Tarix: 4 Iyul 2021 23:04

Futbol üzrə Gürcüstan çempionatında 21-ci turun oyunları keçirilir. Sonxeber.net matc.az-a istinadən bildirir ki, azərbaycanlı müdafiəçi İbrahim Qədirzadənin formasını geyindiyi "Samtrediya" da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə "Şukura" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
 
İbrahim də bu görüşün iştirakçısı olub. 21 yaşlı müdafiəçi 82-ci dəqiqədə meydana buraxılıb.
 
"Samtrediya" 21 oyuna topladığı 10 xalla hazırda 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.
 
Qeyd edək ki, "Neftçi"nin UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan Tiflis "Dinamo"su da hesabat turunda doğma meydanda Batumi "Dinamo"suna 1:2 hesabıyla yenilib. 21 turdan sonra Batumi "Dinamo"su 43 xalla 1-ci, Tiflis "Dinamo"su isə 41 xalla 2-cidir.


Etiketlər:  Qədirzadənin komandası səfərdən xalsız döndü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ