Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan cüdoçuları Avropa kubokunu 1 qızıl və 3 bürünc medalla başa vurub

Azərbaycan cüdoçuları Avropa kubokunu 1 qızıl və 3 bürünc medalla başa vurub

Tarix: 5 Iyul 2021 07:56

Portuqaliyanın Koimbra şəhərində gənc cüdoçular arasında keçirilən Avropa kuboku yarışına yekun vurulub.

Sonxeber.net xəbər verir ki, beynəlxalq turnirin son günü Azərbaycan cüdoçuları daha 2 bürünc medal qazanıblar. Belə ki, Elcan Hacıyev (81 kq) və Ruslan Nəsirli (100 kq) turnirdə üçüncü yeri tutublar. Beləliklə, milli komandamız Avropa kubokunu 1 qızıl və 3 bürünc medalla başa vurub.

Qeyd edək ki, yarışın ilk günündə Turan Bayramov (60 kq) qızıl, Nəriman Mirzəyev (66 kq) isə bürünc medala layiq görülüb. Avropa kubokunda 24 ölkədən 306 cüdoçu yarışıb.


Etiketlər:  Azərbaycan cüdoçuları Avropa kubokunu qızıl bürünc medalla başa vurub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ