Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messiyə görə ''Barselona'' və La Liqa arasında GƏRGİNLİK

Messiyə görə ''Barselona'' və La Liqa arasında GƏRGİNLİK

Tarix: 5 Iyul 2021 13:36

Hazırda azad agent olan Lionel Messi və "Barselona" arasındakı danışıqlar bir daha nəticə verməyib.

Sonxeber.net offsideplus.az-a istinadən xəbər verir ki, buna səbəb La Liqanın maliyyə tələbləridir. Kataloniya təmsilçisi komandada qalmağa razılaşan 34 yaşlı hücumçu ilə müqavilə bağlamaq istəyərkən La Liqanın maliyyə şərtləri buna imkan verməyib və sözləşmə təxirə salınıb.

Məsələ ilə bağlı La Liqa rəsmiləri ilə görüşən "Barselona" istədiyi cavabı ala bilməyib. Belə ki, qurumun prezidenti Xavyer Tebas "Barsa"nın tələbləri yüngülləşdirmək istəyini rədd edib.

Qeyd edək ki, 2004-cü ildən "Barselona"nın formasını geyinən Leo Messinin klubl müqaviləsinin müddəti iyunun 30-da başa çatıb.


Etiketlər:  Messiyə görə Barselona Liqa arasında GƏRGİNLİK


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ