Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2021 18:35
Filmlərdə heyranlıqla izlənilən bir çox Hollivud ulduzu çəkliş meydanında qalmaqal yaradır, rejissorlarla mübahisə edir, ssenaridə dəyişiklik istəyir, iş gününün ortasında gedir, həmkarlarına qarşı kobud davranırlar.
Sonxeber.net axşam.az-a istinadən ən qalmaqallı Hollivud ulduzlarını təqdim edir.
Bruys Villis
Məşhur aktyor əhval-ruhiyyəsi pis olduqda çəkiliş meydançasındakı şəxslərə asanlıqla hücum edə bilər. O, tez-tez müqavilələrin şərtlərinə əməl etməkdən boyun qaçırır. Məsələn, "Cop out" filminin çəkilişlərindən sonra rejissor Kevin Smit onun haqqında belə bir ifadə işlədib: "Bruys Villisdən başqa filmdə əməyi olan hər kəsə təşəkkür edirəm".
Lindsey Lohan
Stilistlərin qorxulu röyasına çevrilən aktrisa dəfələrlə çəkiliş meydanından zinət və digər əşyalar oğurlayıb.
Çarli Şin
Prodüserlərin kabusu olan aktyor sərxoşluq və davamsızlıq səbəbi ilə "İki yarım adam" serialından qovulub. Həmin ərəfədə o, ən çox qazanan aktyorlardan biri hesab olunurdu. Qızı LiLo ona yeni şanslar yaratmağa çalışsa da bu jesti qiymətləndirməyib yenidən işə məsuliyyətsiz yanaşmağa davam edib.
Cenifer Lopez
Yüksək qonorar və xüsusi şərtlər tələb edən aktrisa ən kaprizli ulduz adlanır. Məsələn, tez-tez böyük konsertlər zamanı tamamilə ağ soyunma otağına ehtiyac duyur: ağ divarları olan, şamlar, mebellər, ağ güllər və ya zanbaqlarla bəzədilən. Sənətçi ilə ünsiyyət yaratmaq yalnız şəxsi köməkçisi vasitəsi ilə mümkündür.
Culia Roberts
Hollivud ulduzları arasında gözəlliyi və istedadından daha çox kaprizləri və qalmaqalları ilə populyarlıq qazanıb desək, heç də yanılmarıq.
Edvard Norton
Mükəmməliyə çalışan aktyorun bu xasiyyəti ona sadəcə işini yaxşı aparmasına mane olur. Rejissorun "kəs" əmrindən sonra bütün çəkiliş prosesini idarə etməyə çalışır.
Mayk Mayers
Komediya ustası hər şeyi nəzarətdə saxlamağa çalışır və getdikcə daha çox yeni tələblər irəli sürür.
Katerine Heigl
"Forbes" jurnalı onu dəfələrlə ən çox qiymətləndirilən Hollivud aktyorlarının illik reytinqinə daxil edib. Lakin qalmaqallı ulduz şıltaqdır, özünü soyunub-geyinmə otağına kilidləyir, təkəbbürlü davranır, makiyajını və saç düzümünü yenidən dəyişdirir, canlandırdığı obrazın qarderobunun yenilənməsini tələb edir.
Rassell Krou
10 il əvvəl Nyu-Yorkda otel işçisinin üzünü cızıb. 2002-ci ildə Londonda restoranda prodüser Erik Vatsonla dava edib. Hətta "BAFTA" istehsalçısına təşəkkür nitqini qısaltdığına görə də hücum edib. "South Park"ın yaradıcıları onun bu xasiyyətini əks etdirən cizgi filmi də çəkiblər.