Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2021 19:08
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı təqdim edib.
ANAMA-dan Sonxeber.net-a verilən məlumata görə, iyunun 1-dən iyulun 3-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 1 087, tank əleyhinə 316 mina və 461 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 5 633 044 m² (563 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.