Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

WhatsApp-da bilmədiyiniz 7 xüsusiyyət

WhatsApp-da bilmədiyiniz  7 xüsusiyyət

Tarix: 6 Iyul 2021 21:52

WhatsApp artıq balaca uşaqdan tutmuş 60 yaşlı xalamızın telefonuna qədər hər kəsdə var. Bəzilər üçün sadəcə yazışma və zəng tətbiqi olan WhatsApp əslində biz bildiyimizdən də çox imkanlara və funksionallıqlara sahibdir. Bu buraxılışda WhatsApp-da işinizə yarayacaq 7 xüsusiyyətdən danışırıq.

Nömrə 1: Yazdığınız mesajda bəzi sözləri daha ön plana çəkib, qalın göstərmək isətirsinizsə, sözün hər iki tərəfinə * simvolu əlavə edin. Belə olan halda mətndə həmin söz daha qalın əks olunacaq.

Nömrə 2: Eyni qayda ilə əgər sözün ya cümlənin italic formada yazılmasın istəyirsinizsə, bu zaman söz yaxud cümlənin əvvəlində və sonunda altdan xətt simvouldan istifadə edin. Əgər 3 ədəd tərs dırnaq işarəsini əvvələ və sona yazsaz, bu zaman isə yazının şriftinin təmamilə dəyişdiyini görəcəksiniz.

Nömrə 3: Qohumların qruplarından gələn şəkil və videolar bir başa smartfonun galereyasına düşüb, sizi narahat edirsə, bu zaman həmin qruplara daxil olub, qrup adına klik edərək, media visibility bölməsini seçib, bu imkanı təmamilə bağlayın.

Nömrə 4: Əgər bir şəxsdən gələn bildiriş səsini xüsusi edib, fərqləndirmək istəyirsinizsə, yenə həmin şəxslə söhbətinizə daxil olub, adının üzərinə toxunun. Buradan "custom notification" yəni xüsusi bildiriş seçimini edib, bu funksiyanı aktiv hala gətirin. Növbəti mərhələdə isə "Notification tone" səsini dəyişin. Beləcə bu şəxsdən sizə mesaj gələndə telefonu cibinizdən çıxarmaqdan kimin yazdığını bilmiş olacaqsınız.

Nömrə 5: WhatsApp telefonun yaddaşında çox yer tutursa, bu o deməkdir ki, sizə çoxlu media faylı göndərilib. Bunları tam görmək və istmədiklərinizi silmək üçün Whatsapp-a daxil olub, 3 xətt menyusundan sazlamalara yəni settingsə keçid edin. Buradan "storage and backup" daha sonra isə "manage storage" seçimlərini edin. Açılan səhifədə aşağıda WhatsApp sizə ən çox danışdığınız və çox media göndərdiyiniz adamların siyahısını göstərəcək. Buradan həmin çatlara daxil olub, lazımsızları silə yaxud ümumiyyətlə media fayllarını silib, yaddaşda tutduğu yeri azalda bilərsiniz.

Nömrə 6: Danışdığınız hər hansı bir adamla olan söhbətlərin hamısını başqa bir adama göndərə bilərsiniz. Bunun üçün "android"lərdə həmin adamla yazışmanın daxilindən "3 nöqtə" menyusuna toxunub, more bölməsindən "Export çat" seçin. iPhone-larda isə ana səhifədə həmin adamın adını sola sürüşdürüb, export çatı tapın. Hətta istəsəniz burada "include media" seçməklə şəkil və videoları da çatdan çıxarıb, göndərə bilərsiniz. Seçimi etdikdən sonra hazırlanmış faylı istədiyiniz şəxsə göndərmək mümkündür. Bunu niyə edəsiniz bilmirəm amma deməyimizdə fayda var.

Nömrə 7: WhatsApp-da settings bölməsində profil şəklinizin yanında QR kod yer alır. Bu QR kod WhatsApp hesabınızı başqalarına vermək üçündür. Bunu WhatsApp Web ilə qarışdırmayın. Bu QR kodu qarşı tərəf WhatsApp kamerası ilə skan edən zaman, birbaşa sizə mesaj yaza bilir.

Milli.Az


Etiketlər:  WhatsApp da bilmədiyiniz 7 xüsusiyyət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ