Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Whatsapp-ın yeni funksiyası nədir?

Whatsapp-ın yeni funksiyası nədir?

Tarix: 6 Iyul 2021 22:52

WABetainfo saytının mütəxəssislərinin verdikləri məlumata əsasən Whatsapp tərtibatçıları messencerdə istifadəyə veriləcək yeni funksiyanı artıq test etməyə başlayıblar. Messencer vasitəsilə video göndərmək istədikdə sözügedən funksiya zamana və mobil trafikə qənaət etmək imkanını verəcək. Belə ki, yeni funksiya multimedia fayllarının sıxışdırılma səviyyələrini təqdim edəcək. Beləliklə Whatsapp-da göndərilməsi lazım olan videonun yaxın gələcəkdə öncədən keyfiyyətini təyin etmək mümkün olacaq.

Messencerin beta versiyasındakı əlavə ayarlar menyusunda artıq 3 variant mövcuddur: Auto, Best Quality və Data Saver. Auto variantını seçən zaman messencer şəbəkəyə qoşulma növündən asılı olaraq videonun keyfiyyəti ilə mobil trafik arasındakı balansı avtomatik şəkildə təyin edir. Best Quality variantını seçən zaman messencer videonu orijinal keyfiyyətdə göndərəcək. Data Saver rejimi isə videonun göndərilmə vaxtını qısaltmaq üçün onu öncədən sıxacaq. Hal hazırda bu yeni funksiya beta test mərhələsindədir və çox güman ki, Whatsapp-ın növbəti stabil versiyasında istifadəyə veriləcək.

Milli.Az


Etiketlər:  Whatsapp ın yeni funksiyası nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ