Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Elektriklə qanunsuz balıq ovlayanlar tutulub - FOTO

Elektriklə qanunsuz balıq ovlayanlar tutulub - FOTO

Tarix: 7 Iyul 2021 18:26

Elektrik avadanlığından istifadə ilə qanunsuz balıq ovlayan tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt polis məntəqəsinin və 2 saylı Regional Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində Qazax rayon Yuxarı Salahlı kəndində qeyri-qanuni balıq ovu ilə məşğul olan Aydın Mehdiyev saxlanılıb. Yoxlama zamanı ondan 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd akkumlyator, 1 ədəd "domça" adlandırılan balıqovlama vasitəsi, ümumi çəkisi 8 kiloqram olan 103 ədəd xramulya balığı və digər əşyalar götürülərək su polisinin əməkdaşları tərəfindən protokollaşdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az


Etiketlər:  Elektriklə qanunsuz balıq ovlayanlar tutulub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ