Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mən dağıdanam, yoldaşım isə yığımcıldır''- Samirdən açıqlama

''Mən dağıdanam, yoldaşım isə yığımcıldır''- Samirdən açıqlama

Tarix: 7 Iyul 2021 20:25

"Türkiyədə dərviş həyatı yaşadım, dağlara çəkildim. Bodrumda qalıram. Hava və təbiətlə ünsiyyətdə oldum. Enerji yığdım".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki,  bu sözləri müğənni Samir Piriyev "Səhər mərkəzi" proqramında deyib. Sənətçi uzun müddətdir Bodrumda yaşadığını bildirib.

Həyat yoldaşı Anaradan söz açan Piriyev mahnılarına onun söz yazdığını deyib:

"Evdə bank həyat yoldaşımdır. Nə edirəm? Mən dağıdanam. Yoldaşım isə yığımcıldır".

Samir eyni zamanda vegetarian olduğunu söyləyib:

"Evdə hər kəs veqan olublar. Yoldaşım heyvan ünsürünə aid olan heç nə yemir. Bəzən uşaqlar da yemir. Bu gün yumurta yedim, hiss etdim ki, yaxşı deyiləm. Artıq mən də veqan oluram. Hələ ki, vegetarianam. Süd, pendir yeyirəm. Gələcək də onu da kəsməyi düşünürəm".


Etiketlər:  Mən dağıdanam yoldaşım isə yığımcıldır Samirdən açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ