Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Geyiminə görə qadını təyyarəyə buraxmadılar, hönkürdü - VİDEO - FOTO

Geyiminə görə qadını təyyarəyə buraxmadılar, hönkürdü - VİDEO - FOTO

Tarix: 8 Iyul 2021 13:38

ABŞ-da yaşayan türk bodibilder məşqçisi Deniz Saypınar açıq-saçıq geyimdə olduğu üçün Texas Hava limanından Mayamiyə uçan təyyarəyə buraxılmayıb.

Sonxeber.net haberler.com-a istinadən xəbər verir ki, vəziyyəti sosial media hesabında izah edən Saypınar göz yaşlarına hakim ola bilməyib. Bu yaxınlarda Türkiyədən ABŞ-a köçən bodibilder Deniz Saypınar İnstaqram hesabında 1 milyon izləyicisinə açıqlama verib: "Qadınlara ikinci və ya üçüncü dərəcəli baxıldığı üçün islam ölkəsindən köçdüm. Ancaq bu hal burada yenidən baş verir. Özümü incimiş kimi hiss edirəm. Şort geyindiyim üçün məni təyyarəyə buraxmadılar. Mən özümü göstərməyi sevirəm, nə geyinəcəyimi biləcək qədər mədəniyəm. Qadınlara, biseksuallara, trans və ya geylərə çox təzyiq var"deyib.

Kamran Seyidov


Etiketlər:  Geyiminə görə qadını təyyarəyə buraxmadılar hönkürdü VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ