Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2021 23:52
"Apple" şirkəti istifadəçilərin sağlamlığına nəzəri cəhətdən zərər verə biləcək cihazların siyahısını təqdim edib. Sənəddə bir sıra "Apple" cihazlarında maqnit yerləşdirildiyi deyilir. Bu komponent kardiostimulyatorun və defibrilyatorların işinə mənfi təsir göstərə bilər.
Şirkətin mühəndisləri bir çox məişət elektron cihazlarında maqnitlərin, komponentlərin və radioların olduğunu bildirir. "iPhone"dan əlavə olaraq, maqnit yerləşdirilmiş cihazlara, "iPad" planşetləri və onların "Smart Keyboard Folio" kimi aksesuarları daxildir. Maqnit həmçinin "Apple Watch" saatlarında da mövcuddur. Bu maqnit cihazı adapterlə birləşdirir. Bunu "AirPods и Beats" qulaqlıqlarına da aid etmək olar. Siyahıya, həmçinin "HomePod" ağıllı səsgücəndiriciləri və "Apple Pro XDR" xarici monitor daxildir. Sadalanan cihazları ən az 15 santimetr aralıda saxlamaq tövsiyə edilir.