Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2021 19:12
Vətən müharibəsinə həsr olunmuş kinorejissor Vaqif Mustafayevin şərti adlandırılan "Fəryad 2" filminin çəkilişlərinə hazırlıq prosesi gedir.
Bu barədə "Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov məlumat verib. O bildirib ki, Hadrut və Bakıda dekorasiyaları tikilən filmin çəkilişlərinə iyulun 15-dən sonra başlanılacaq. Çəkilişlərin noyabr ayında qələbənin ildönümünə qədər tamamlanması və tamaşaçılara təqim olunması gözlənilir.
Sonxeber.net sherq.az-a istinadən xəbər verir ki, millət vəkili Aqil Abbas bu barədə fikirlərini bölüşüb:
"Təşəbbüsü yüksək qiymətləndirirəm. Amma uğurlu olacağına inanmıram. Çünki nə əvvəlki aktyorlar var, nə də əvvəlki rejissorlar".