Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nyu-Yorkda güclü yağış nəticəsində bir neçə metro stansiyasını su basıb

Nyu-Yorkda güclü yağış nəticəsində bir neçə metro stansiyasını su basıb

Tarix: 9 Iyul 2021 21:14

Güclü leysan yağışları ABŞ-ın Nyu-York şəhərində daşqınlara səbəb olub.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, təbii fəlakət nəticəsində bir neçə metro stansiyası su altında qalıb, avtomobil yollarında hərəkət çətinləşib.

İyulun 8-də Nyu-York şəhəri və ətraf rayonlar güclü leysan yağışlarının təsirinə məruz qalıb. Şəhərin Tranzit Daşımaları İdarəsinin müvəqqəti prezidenti Sara Feynberq sakinləri imkan daxilində evdən çıxmamağa çağırıb.

"Daşqın zonalarında yerləşən metro stansiyalarını möhkəmləndirmişik... Briqadalarımız problemi aradan qaldırana qədər su altında qalan stansiyalara girməyin", - deyə Nyu-York şəhərinin Tranzit Daşımaları İdarəsi tviter səhifəsində sakinlərə tövsiyə edib.


Etiketlər:  Yorkda güclü yağış nəticəsində neçə metro stansiyasını basıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ