Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Moqadişuda partlayış nəticəsində azı doqquz nəfər həyatını itirib

Moqadişuda partlayış nəticəsində azı doqquz nəfər həyatını itirib

Tarix: 10 Iyul 2021 20:34

Şənbə günü Somalinin paytaxtında məşğul bir yol kəsişməsində hökumətə məxsus avtomobil karvanını hədəf alan intiharçı bomba hücumu nəticəsində azı doqquz nəfər ölüb, doqquz nəfər də yaralanıb.

Təhlükəsizlik rəsmiləri partlayıcılarla dolu maşını sürən intiharçının karvanda olan yüksək vəzifəli polis rəsmisi Fərhan Qaroleni hədəf aldığını bildirib. Hökumətə məxsus xəbər agentliyi onun hücumdan sağ çıxdığını bildirib.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, səhiyyə rəsmiləri Amerikanın Səsinə bildirib ki, yaralılar yaxınlıqdakı iki xəstəxanaya çatdırılıb və ölənlərin sayı arta bilər.

Partlayış Bənədər və Mədinə hospitallarının arasındakı qovşaqda baş verib.

Bu, bu ay şəhərdə baş verən ikinci terror hücumudur. Bundan bir həftə əvvəl Əl-Şəbabın Somali Kəşfiyyat Agentliyi yaxınlığında izdihamlı çayxanaya intiharçı hücumu 10 nəfərin ölümü, onlarla insanın xəsarət alması ilə nəticələnmişdi. Ötən ay isə intiharçının partlayıcılarını Moqadişuda hökumətin təlim mərkəzi önündə partlatması 15 nəfərin ölümü, 20-dən çox insanın yaralanması ilə nəticələnmişdi.

Hökuməti devirmək və ölkədə sərt şəriə qanunu tətbiq etmək istəyən Əl-Şəbab miliantları hücumların hər birinin məsuliyyətini üzərinə götürüb.

Al Shabab militants who want to overthrow the government and impose their strict interpretation of Islamic sharia law have claimed responsibility for all of the attacks.

Milli.Az


Etiketlər:  Moqadişuda partlayış nəticəsində azı doqquz nəfər həyatını itirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ