Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2021 05:35
"Ər çörəyi yemişəm. İndi də ər çörəyi yeyirəm. Amma oturub ərimin cibinə baxmıram".
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova "Söz baz" proqramında deyib. Sənətçi qazancından danışıb:
"Özümün də qazancım yerindədir. Onun öz qazancı öz yerində, mənimki özümdə. Neçə ildir özümü saxlayıram, nə lazımdı edirəm. Evimi də, maşınımı da özüm almışam. Pulum olmayanda depressiyaya düşürəm. Bəzən elə olur ki, iş olmur, gəlir gəlmir. Onda çalışıram tez özümü depressiyadan çıxarım.
Şəxsi həyatımla gündəmdə olanda nə qadın kimi xoşbəxt idim, nə də ana ola bilirdim. İndi övladım var, anayam. Tək olsaydım, şəxsi həyatımı açardım. Övladım var başqa cür yaşamalıyam".