Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2021 12:48
AVRO-2020-nin final matçının əmsalları açıqlanıb.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, bukmeker kontorları bu gün keçiriləcək İtaliya - İngiltərə oyununun favoritini müəyyənləşdirib.
İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda təşkil olunacaq görüşdə futbolun yaradıcıları daha şanslıdır. Qaret Sautqeytin yetirmələrinin qələbəsi 2,77, Roberto Mançininin başçılıq etdiyi "Skuadra adzurra"nın qalib gəlməsi 3,06 əmsaldır. Matçda heç-heçəyə də eyni - 3,06 əmsal verilib.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.